Qadin.NET / İki böyük ölkə dollardan imtina edir

İki böyük ölkə dollardan imtina edir

 

İki böyük ölkə dollardan imtina edir

İran və Rusiya İqtisadi Əməkdaşlıq Şurası 11-ci yığıncağında iki ölkə arasında bir sıra müqavilələr imzalanıb.
ANS PRESS-in məlumatına görə, iclasda enerji, nəqliyyat, bankçılıq, sənaye, mədənçilik, əkinçilik və sığorta sahələri müzakirə olunub​. 
Neft layihələrinin inkişaf etdirilməsi, iki ölkənin enerji sahəsində əməkdaşlıqlarını asanlaşdıracaq tədbirlər və ortaq ticarətdə qarşılıqlı maliyyə mübadiləsini asanlaşdırmaq məsələləri yığıncaqda gündəmə gəlib.  
İran neft naziri Bice Namdar Zengene iclasdan sonra təşkil edilən mətbuat konfransında Rusiya ilə strateji və iqtisadi əlaqələri inkişaf etdirmək istədiklərini ifadə edib. İki ölkə arasındakı 5 milyard dollarlıq mövcud ticarət həcminin proqnozlaşdırılandan aşağı olduğunu söyləyən Zengene bu rəqəmi 10 dəfə artıra biləcək potensiallarının olduğunu deyib. 
Zengene son aylarda Rusiya ilə mühüm müqavilələr imzalandığını xatırladıb. O qeyd edib ki, imzalanan müqavilələr iki ölkənin iqtisadiyyatında böyük təkan verəcək. İran neft naziri iki ölkə arasındakı ticarətdə dollar yerinə rial və rubl istifadə ediləcəyini söyləyib.
Rusiya Enerji naziri Aleksandr Novak isə Rusiya və İran şirkətlərinin uzun illər enerji və sənaye sahəsində birgə layihələrə imza atdığını qeyd edib. Rusiyanın 40 şirkəti təmsil edən 100 nəfərlik bir heyətlə İrana gəldiyini deyən Novak, bu ilki yığıncağın hər zamankindən daha üst səviyyədə reallaşdığını vurğulayıb.
Novak Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların Moskvanın Tehranla enerji əməkdaşlığı planlarına təsir etməyəcəyini qeyd edib: "İranla uzun müddətdir qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıq edirik. İran ilə Rusiyanın iqtisadi ortaqlığı və Qərbin Rusiyaya olan sanksiyaları bir-biriylə əlaqəli deyil".

Mənbə:ANS PRESS

 

11 sentyabr 2014
GO BACK