Qadin.NET / Azərbaycanda yağış yağacaq

Azərbaycanda yağış yağacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında sentyabrın 11-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Mənbə:Milli.Az

 

10 sentyabr 2014
GO BACK