Bu ilin avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan yağının, almanın, armudun, gavalının, şaftalının, üzümün, bibərin, badımcanın, soğanın qiymətlərində ucuzlaşma qeydə alınıb.
Düyünün, unun, qoyun ətinin, südün, kərə yağının, limonun, kələmin, göyərtinin, xiyarın, göy lobyanın, kökün, çuğundurun, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.