Qadin.NET / 62 min ədəd dərslik paylanıldı

62 min ədəd dərslik paylanıldı

 

62 min ədəd dərslik paylanıldı

Göyçay rayonunun orta ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıqla əlaqədar işlər davam etdirilir.
Rayon təhsil şöbəsindən verilən məlumata görə, hazırda məktəblərdə təmir-bərpa işləri görülür, səliqə-səhman yaradılır.
Bu günlərdə Göyçaya Azərbaycan və rus dili bölmələri üçün 102 adda 62 min ədəd dərslik gətirilərək təhsil ocaqlarına paylanılıb. Məktəblərdə bütün siniflərin şagirdləri dərsliklərlə təmin ediliblər.
Bundan əlavə, orta məktəblərin kitabxanalarına Azərbaycan və dünya xalqlarının nağılları, eləcə də uşaq ədəbiyyatı ilə bağlı 147 adda 3500 ədəd yeni kitab verilib.

Mənbə:ANS PRESS

 

10 sentyabr 2014
GO BACK