Qadin.NET / "Müharibə elan edə bilərik"

"Müharibə elan edə bilərik"

 

"Müharibə elan edə bilərik"

Ukraynanın baş naziri Arseniy Yasenyuk, Rusiyanın cümə günü Minskdə imzalanan atəşkəs razılaşmasını pozması halında Ukraynanın döyüş vəziyyətini elan etmək məcburiyyətində qala biləcəyini bildirib. 
ANS PRESS-in məlumatına görə, Yasenyuk televiziya kanalına verdiyi müsahibədə Ukraynanın döyüş istəmədiyini vurğulayaraq, keçən həftə imzalanan və Qərb ölkələri tərəfindən dəstəklənən atəşkəsin də bundan əvvəlki atəşkəs kimi olacağı təqdirdə Ukraynanın müharibə elan etməkdən başqa çarəsi qalmayacağını bildirib. 
Baş nazir Yasenyuk döyüş elan olunmasının hazırki vəziyyətdə həm mənfi, həm də müsbət cəhətləri olduğunu bildirib. 
"Müharibə elan etməyin əsas üstünlüklərindən biri budur ki, ölkədə bütün sektorlar döyüş səbəbiylə işlək vəziyyətə gətirilir. Yəni bu müharibədir. Onsuz da bizdə müharibə davam edir. Bəli elan edilməmiş, amma müharibədir". 
Digər tərəfdən Yasenyuk müharibə elanının böhranın diplomatik həlli yolunu bağlayacağını və bu vəziyyətdə belə bir qərarın qərb ölkələri tərəfindən dəstəklənməyəcəyini əlavə edi

Mənbə:ANS PRESS

 

10 sentyabr 2014
GO BACK