Qadin.NET / İŞİD-ə daha bir zərbə vuruldu

İŞİD-ə daha bir zərbə vuruldu

 

İŞİD-ə daha bir zərbə vuruldu

Iraq ordusunun İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatda terrorçu qruplaşmanın 70 üzvü öldürülüb.
ANS PRESS-in məlumatına görə, İraq ordusu Əl-Hafaciyyə bölgəsini də İŞİD-dən geri alıb. 
İraq ordusuna yerli əhalidə dəstək verib. Həmçinin aviasiya qüvvələri də İŞİD-in mövqelərini bombalayıb. 
İraq ordusu bu əməliyyatda 3 əsgərini itirib. Daha 12 əsgər isə yaralanıb. 
İraq hökümətindən verilən açıqlamada bildirilir ki, yaxın həftələrdə terrorçu qruplaşmanın əlində olan Səlahaddin, Diyalə, Kərkük, Mosul başda olmaqla ərazilərin geri alınması üçün hərbi əməliyyatlara başlanılacaq.

Mənbə: ANS PRESS

 

9 sentyabr 2014
GO BACK