Ermənilər girov götürdüyü Azərbaycan vətəndaşı, 15 yaşlı məktəblini geri qaytarmağa hazır olduğunu bəyan edib.
ANS PRESS xəbər verir ki, bu barədə "Armenia Today" məlumat yayıb.Məlumatda bildirilir ki, qondarma Dağlıq Qarabağ Respublikasının separatçı rəhbərliyi yetkinlik yaşına çatmayan girovu geri qaytarmağa hazırdır.
Qeyd edək ki, Azərbaycan vətəndaşı, 15 yaşlı Cavid Samir oğlu Məmmədov sentyabrın 5-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb. Cavid Məmmədov II qrup əlildir.
Mənbə: Milli.Az