Qadin.NET / "Bilik günü" ərəfəsində ailələr sevindirildi

"Bilik günü" ərəfəsində ailələr sevindirildi

 

"Bilik günü" ərəfəsində ailələr sevindirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) "Bilik günü" ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan ailələrə maddi yardım ayırıb.
ANS PRESS-in ƏƏSMN-ə istinadla verdiyi məlumata görə, Nazirliyin müvafiq Əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində həyata keçirilən tədbir ümumilikdə 1535 ailə üzrə 3200 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşağı əhatə edir. Bununla əlaqədar ayrılmış vəsaitin aidiyyatı üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan şəxslərin müavinət üzrə müvafiq bank hesablarına köçürülməsinə başlanıb. 
Qeyd edək ki, həmin ailələrdən 1411-i tərkibində 2 nəfər, 118-i tərkibində 3 nəfər, 6-ı isə tərkibində 4 nəfər sağlamlıq imkanları məhdud məktəbli uşaq olanlardır.

Mənbə: ANS PRESS

 

9 sentyabr 2014
GO BACK