Qadin.NET / Təhsil nazirindən şagirdlərə qadağa

Təhsil nazirindən şagirdlərə qadağa

 

Təhsil nazirindən şagirdlərə qadağa

Orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsinə qadağa qoyulub. 
Bu barədə azvision.az məlumat yayıb. Artıq məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Digər rayon və şəhərlərdə şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi. Cari ilindən isə orta məktəb direktorlarına tədris prosesinə mənfi təsir edən kənar amillərin yığışdırılması, şagirdlərin mobil telefonlardan istifadə etməsinin qarşısının alınması tapşırılıb. 
Belə bir qərarın verilməsi mobil telefonun tədris prosesinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.

Mənbə: ANS PRES

 

9 sentyabr 2014
GO BACK