Qadin.NET / Sarkisyan mühasirədə

Sarkisyan mühasirədə

 

Sarkisyan mühasirədə

Ermənistanın paytaxtı İrəvanda aksiya keçirilib. 
ANS PRESS-in məlumatına görə, İrəvanın Kond rayonunun sakinləri Hökümət Evinin qarşısına toplaşaraq prezidentlə görüş tələb ediblər. 
Etirazçılar Ermənistan prezidenti Serj Sarkisyandan onların mənzil problemlərini həll etməsini istəyiblər. Aksiya iştirakçıları onlara verilən vədlərin yerinə yetirilməsini tələb edib. Erməni vətəndaşlar 7 il əvvəl evlərinin söküldüyünü, ancaq hökumətin söz verməsinə baxmayaraq hələ də evsiz-eşiksiz qaldıqlarını deyiblər. 
"7 il əvvəl 215 evi sökdülər. Bizə hökumət söz verdi ki, sökülən evlərin yerində tikiləcək binada sizi mənzilə təmin edəcəyik. Amma hələ də küçələrdə qalmışıq", - deyə etirazçılardan biri söyləyib. 
Etirazçıların uzun müddət gözləməsindən sonra Serj Sarkisyan onlarla görüşməyə razılıq verib. Aksiyaçıları dinləyən prezident onlara növbəti dəfə vədlər verib:
"Sizin nəzərənizə çatdırmaq istəyirəm ki, bu məsələ ilə bağlı qəti addımlar atılacaq".
Bu görüşdən sonra heç nə əldə edə bilməyən etirazçılar kor-peşman dağılışıblar. Görünür bu problem də Ermənistanda öz həllini tapmayan çoxsaylı sosial məsələlərdən biri olaraq qalacaq. 

Mənbə: ANS PRESS

 

9 sentyabr 2014
GO BACK