Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən senyabrın 9-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.


Miladi: 09 sentyabr 2014
Hicri: 13 zülqədə 1435
İlin 252-ci günü
İlin sonuna 113 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.13
Günəş - 07.14
Zöhr - 13.42
Əsr - 17.48
Məğrib – 20.17
İşa – 21.37
337 — Roma İmperiyası parçalanmışdır.
1570 — Osmanlı ordusu Kipri tutmuşdur.
1776 — Kontinental Konqres Britaniya İmperiyasından ayrılan 13 Şimali Amerika koloniyasının yaratdığı dövlətin Amerika Birləşmiş Ştatları adlanması barədə qərar vermişdir.
1801 — Rus qoşunu Bakı ətrafı əraziləri işğal etmişdir.
1825 — Bethovenin son konserti olmuşdur.
1828 — rus yazıçısı Lev Tolstoy anadan olub.
1835 — Fransada senzura: karikatura çəkmək qadağan edilmişdir.
1910 — Fransız təyyarəçisi Leon Moran təyyarədə 100 km/saat limitini keçmişdir.
1911 — Dünyada ilk dəfə İngiltərədə aviapoçt xidməti meydana gəlmişdir.
1913 — Rus pilotu Nesterov ilk dəfə "ölüm ilgəyi" fiqurunu yerinə yetirmişdir.
1914 — Marna döyüşündə almanların əks-hücumu nəticə verməmişdir.
1922 — 30 avqust zəfərindən sonra yunan ordularını geri oturdan türk ordusu İzmirə daxil olmuşdur.
1926 — professor Adilə Namazova anadan olub.
1937 — Səməd Vurğun Fondunun prezidenti və Səməd Vurğun ev-muzeyinin direktoru Aybəniz Vəkilova anadan olub.
1944 — Bolqarıstan faşizmdən azad olunmuşdur.
1948 — Koreya Xalq Demokratik Respublikasının Müstəqilliyini əldə edib.
1955 — SSRİ və AFR diplomatik əlaqələri bərpa etmişlər.
1970 — VAZ 2101-in seriya istehsalına başlanılmışdır.
1971 — Boğaziçi Universiteti yaradılmışdır.
1976 — Çin Kommunist Partiyasının rəhbəri Mao Tzsedun vəfat edib. (d. 1893)
1984 — türk rejissoru və aktyoru Yılmaz Güney ölüb.
1991 — Tacikistanın Müstəqillik günü.
1992 — İspan hökuməti Kataloniyaya muxtariyyət vermişdir.
1993 — İsrail və Fələstin Azadlıq Təşkilatı bir-birini tanımışlar.
1995 — 1995-ci il "Türkiyə gözəli" olan Yeşim Palandüz elə həmin il "Dünya gözəli" seçilmişdir.
2001 — əfqan komandiri Əhməd şah Məsud vəfat edib.
2009 — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommunike imzalanmışdır.

Mənbə: Milli.Az

 

9 sentyabr 2014
GO BACK