Bakı metropolitenində hazırkı gedişhaqqı rentabelli deyil.
Milli.Az xəbər verir ki, bu barədə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ans press-ə bildirib. Onun sözlərinə görə, hazırda metropolitendə gedişhaqqı 20 qəpikdir.
“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Tarif Şurası baxır. Gediş haqlarının artımı üçün metropoliten tərəfindən Tarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gediş haqlarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqlarının artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 May” stansiyası yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.