Bakıda yeni müasir məktəb fəaliyyətə başlayır
Trend-in məlumatına görə, sentyabrın 9-da Nizami rayonunda yerləşən Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasının açılışı olub.
Açılış mərasimində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və Milli Məclisin deputatları iştirak ediblər.
Məlumat verilib ki, bu kompleks Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir. Burada təhsil ingilis dilində aparılacaq. Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya fənləri isə ana dilində tədris olunacaq.
Mərasim iştirakçıları kompleksdə yaradılan şəraitlə tanış olublar.
Mənbə: Milli.Az