Avtobus sürücüsü tıxacdan uzaq olmaq üçün qəribə bir üsula əl atıb. Avtobusu səkiyə çıxıb sürməklə vaxt baxımından irəli düşmək istəyən sürücü işini itirmək təhlükəsilə üz-üzə qalıb.
ANS TV-nin “Milli.Az”a istinadən verdiyi məlumata görə, növbəti avtobus biabırçılığını əks etdirən foto yayılıb. Bu fotolarda avtobus sürücüsünün qaydaları pozması açıq aydın görünür. Babək prospektindəki tıxacı keçmək üçün 30 saylı avtobusun sürücüsü maşını səkiyə çıxarır. Sonra düz yola qayıdanadək bir kilometr səkiylə sürür.
Məsələ ilə əlaqədar açıqlama verən Nəqliyyat Nazirliyindən bildirdilər ki, qaydaları pozan avtlobus sürücülərinə qarşı reydlər keçirilir və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin avtobus sürücülərinin mədəniyyət səviyyələrinin artırılması istiqamətində də işlərə start verilib. Sürücü bazasının yaradılmasına başlanılıb. Qayda pozan sürücülərin yenilərilə əvəzlənməsi məsələsi də qaçılmazdır.