Qadin.NET / Barak Obama peşman olub

Barak Obama peşman olub

 

Barak Obama peşman olub

Bir müddət əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama mühafizəkar qrupların tənqidinə tuş gəlmişdi.
ANS PRESS-in məlumatına görə, ABŞ-lı jurnalist Ceyms Folinin İraq Şam İslam Dövləti (İŞİD) terrorçu qruplaşması tərəfindən başı kəsilərək edam edilməsi ərəfəsində ABŞ prezidentinin qolf oymağa getməsi və orada çəkilən şəkillərdən sevincli görünməsi bir çoxları tərəfindən qınanılmışdı. 
“Folinin ailəsi ilə danışdıqdan sonra verdiyim açıqlamanın ardından qolf oynamağa gedəndə, belə bir reaksiya yaranacağını bilməli idim.” – deyə Prezident Obama tənqidlərin haqlı şəkildə edildiyini bildirərək, peşmanlığını dilə gətirib.
Qeyd edək ki, Foli 2012-ci ildə Suriyada oğrulanmışdı. İŞİD terror qruplaşmasının baş qərargahı Suriyada yerləşir və Foulinin orda öldürüldüyünü güman edilir.

Mənbə: ANS PRESS

 

9 sentyabr 2014
GO BACK