Qadin.NET / Ukrayna neftimizi istəyir

Ukrayna neftimizi istəyir

 

Ukrayna neftimizi istəyir

“Azərbaycan neftinin Ukrayna zavodlarına gətirilməsində maraqlıyıq”.
ANS PRESS-in məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib.
Ukrayna tərəfinin energetika sahəsində Azərbaycanla dostluq əlaqələrini gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirən Prodanının sözlərinə görə, o, bu gün Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşəcək.
Görüşdə Azərbaycan neftinin Ukraynaya nəqli və iki ölkə arasında müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəyini deyən Prodan bildirib ki, görüşdə həmçinin Azərbaycan neftinin Ukraynaya necə nəql olunması müzakirə ediləcək.

Mənbə: ANS PRESS

 

8 sentyabr 2014
GO BACK