“ASAN xidmət”-in təlim sistemi beynəlxalq konfransda təqdim olunub.
ANS PRESS-in “ASAN xidmət”ə istinadla verdiyi məlumata görə, 4-7 sentyabr 2014-cü il tarixində Bolqarıstan Respublikasında Bolqarıstan Elmlər Akademiyasının, Bolqarıstan Elm vəTəhsil Fondunun, Bolqarıstan Alimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil, Araşdırma və İnkişaf” adlı V Beynəlxalq Konfransda “ASAN xidmət” –intəlim sisteminin təqdimatı həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda “Səmərəli təlim sistemiAzərbaycanın idarəetmə brendi“ASAN xidmət”-inprinsiplərindən biridir” adlı məruzə ilə çıxış edib.
Konfransda dövlət başçısı İlham Əliyevin digər sahələrlə yanaşı kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılaraq, insan resurslarının formalaşdırılması üçün aparılan islahatlardan,respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, idarəetmə münasibətlərinin, həmçinin, vətəndaşla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsindəkompleks islahatlardan bəhs olunub.
Müvafiq olaraq dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması xüsusi olaraq diqqətə çatdırılıb.
Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan Nazənin Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib.
Qeyd olunub ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq, peşəkar, milli-mənəvi və korporativdəyərlərə sadiq, yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq “ASAN xidmət” modelinin təlim strategiyasının əsas məqsədidir.