Qadin.NET / Türkiyədə iğtişaşlar başladı

Türkiyədə iğtişaşlar başladı

Türkiyənin Qaziantep şəhərində icazəsiz aksiya polislə toqquşmaya çevrilib. Axşam saatlarında Şahinbəy rayonunda toplaşan bir qrup icazəsiz aksiya keçirməyə cəhd edib. Zibil qutularını aşıraraq yandıran etirazçılar hadisə yerinə gələn polis avtomobillərini də daşa basıb. Hadisə yerinə xeyli sayda xüsusi-təyinatlı cəlb edilib. Polis aksiya iştirakçılarını gözyaşardıcı qazla uzaqlaşdırmağa çalışıb. Üzü maskalı bir neçə nəfər polisə Molotoff kokteyli atıb. Polisin gözyaşardıcı qaz və qaz bombaları ilə kütləni dağıtması bir neçə saat çəkib.Lift qəzası nəticəsində 10 fəhlənin ölümündən sonra İstanbulda da etiraz aksiyası keçirib. Əllərində plakatlar tutan etirazçılar qəzanın baş verdiyi əraziyə yürüş edib, tərəflər arasında gərginlik yaşanıb. Polis su şırnaqları, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. İstanbulun valisi Hüseyn Avni Mutlu insidentlə bağlı istintaqın başlanıldığını və 8 nəfərin saxlanıldığını bildirib. Etirazçılardan biri baş vermiş qəzaya görə tikintini aparan şirkətin rəhbərliyini təqsirkar bilib. 

Mənbə: ANS PRESS

8 sentyabr 2014
GO BACK