Qadin.NET / Ərəblər İŞİD-ə qarşı ittifaq yaratdılar

Ərəblər İŞİD-ə qarşı ittifaq yaratdılar

 

Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri Qahirədə keçirilən iclasda İŞİD-ə qarşı təcili tədbirlər görmək barədə razılıq əldə ediblər. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qəbul olunan qətnamədə deyilir ki, xarici döyüşçülərin qarşısını almaq, onlara gedən maliyyə və digər dəstəyin qarşısını almaq üçün iş görülməlidir. 
Bağdad bundan əvvəl də özünün qətnamə layihəsini təqdim etmişdi. Qətnamədə "İslam Dövlətinin" fəaliyyəti hərbi və bəşəriyyət əleyhinə cinayət kimi dəyərləndirilir. 
Diplomatik mənbələrdən verilən məlumatlara görə, nazirlər ilk növbədə ABŞ-ın İŞİD-ə qarşı hərbi kampaniyasını dəstəkləmək niyyətindədirlər. Ancaq qətnamənin mətnində buna birbaşa işarə yoxdur.

Mənbə: Milli.Az

 

8 sentyabr 2014
GO BACK