İslandiyada güclü zəlzələ olub
Milli.Az interfax-a istinadən bildirir ki, 5,4 bal gücündə zəlzələ Bardarbunqa vulkanı yaxınlığında baş verib.
Mütəxəssislər deyirlər ki, vulkanın altında seysmik aktivlik davam edir, ancaq güclənmir. Vulkan lava püskürür, təyyarələrin uçuşu üçün təhlükəli olan kül püskürməsi isə hələlik müşahidə olunmur.
Bardarbunqa yaxınlığında seysmik aktivlik avqustin 16-dan bəri dayanmır.
Mənbə: Milli.Az