Ukraynanın şərqində atəşkəs yenidən pozulub.
Ans press-in məlumatına görə, rusiyapərəst yaraqlıların Mariupol şəhərinə atdığı atəş nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Ukrayna mediasının verdiyi məlumata görə, həmin şəxslər avtomobildə olarkən artilleriya atəşi altına düşüblər.
Separatçılar da öz növbəsində hökumət qüvvələrini atəşkəsin pozmaqda ittiham ediblər.
BBC-nin verdiyi məlumata görə, bu gün Donetsk ətrafında da atəşkəs pozulub. Separatçılar hökumət qüvvələrinin nəzarətində olan hava limanına hücum ediblər.
Qeyd edək ki, sentyabrın 5-də Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs razılaşması imzalanıb.
Mənbə: Milli.Az