Qadin.NET / İsti hava zəlzələnin carçısıdır?

İsti hava zəlzələnin carçısıdır?

 

İsti hava şəraitinin müşahidə olunduğu avqustun ikinci ongünlüyündə Azərbaycanda əhali arasında belə söhbətlər dolaşdı ki, qızmar hava zəlzələ doğura bilər. 
Milli.Az Day.Az-a istinadən bildirir ki, "Р­С…Рѕ" qəzetinə müsahibəsində məşhur rus alim Viktor Bokov qeyd edib ki, qızmar hava adətən antisiklonla, yəni yüksək atmosfer təzyiqi ilə assosiasiya olunur. 
Antisiklon isə çox tez-tez zəlzələ yaratsa da bu heç də həmişə belə olmur, yəni bu iki hadisə arasında 100%-lik korrelyasiya yoxdur. 
"Hər şey əks atmosfer siklonunun fəzada yerləşməsindən asılıdır. Ona görə də təşvişə düşmək lazım deyil. Atmosfer proseslərinin və yer qabığında gedən proseslərin monitorinqini aparmaq lazımdır, yalnız o halda zəlzələni proqnozlaşdırmaq olar", - alim deyib. 
Öz növbəsində AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "Р­С…Рѕ"ya müsahibəsində isti havanın zəlzələ törədə biləcəyi fikrinə qəti etiraz edib. 
Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi seysmik proseslərlə əlaqəli deyil. Temperaturun yüksəlib-alçalması üzdə olan prosesdir. Onun yer qabığının prosesləri ilə heç bir əlaqəsi yoxdur. Və bu səbəbdən də havanın dəyişməsi torpağı titrədə bilməz. 

Mənbə: Milli.Az

 

7 sentyabr 2014
GO BACK