Qadin.NET / Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır

 

Sentyabrın 7-də Yerin yaxınlığından 20214 RC (R-C) asteroidi keçəcək. Bu barədə NASA-dan bildirilib. 
Milli.Az ekspress.az-a istinadən bildirir ki, asteroid Yerə Yeni Zellandiya bölgəsində daha çox yaxınlaşacaq. Bu zaman aradakı məsafə 40 min kilometrdən bir qədər çox olacaq. Bu isə Yerlə Ay arasındakı məsafənin 1/10-i qədərdir. 
Ekspertlərin proqnozlarına görə, göy cismi Yerin orbitindəki süni peyklərdən heç birini zədələyə bilməz. 
Asteroidin çəkisi təxminən 27 kiloqram, ölçüsü isə 20 metrə yaxındır. Onu kiçik teleskoplarla müşahidə etmək mümkün olacaq. Asteroid astronomlar tərəfindən avqustun 31-də aşkarlanıb. 
Planetimiz üçün təhlükə olmasa da, astronomlar bildrirlər ki, gələcəkdə asteroidin orbiti onu yenidən Yerə yaxınlaşdıracaq. Asteroidin gələcək yerdəyişmələrinə mütəxəssislər tərəfindən ciddi nəzarət olunacaq.

Mənbə: Milli.Az

 

7 sentyabr 2014
GO BACK