Kanada hökuməti İraqa əsgər göndərəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Kanada baş nazirinin mətbuat katibi Cason Makdonald açıqlama verib. O, bildirib ki, kanadalı əsgərlər İraqda İŞİD-ə qarşı mübarizə aparan kürd birliklərinə təlim keçəcək.
Açıqlamada qeyd olunub ki, İraqa göndəriləcək əsgərlərin sayı 50-100 nəfər olacaq. Həmçinin bildirilib ki, kanadalı əsgərlər İraqdakı ABŞ əsgərləri ilə bir yerdə fəaliyyət göstərəcəklər.Açıqlamada kanadalı əsgərlərin öz ölkələrinə qayıtma vaxtları qeyd olunmayıb.
Mənbə: ANS PRESS