Ermənilər Azərbaycan vətəndaşını girov götürüblər.ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Erməni tərəfinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 5-də axşam saatlarında Cavid Samiroğlu Məmmədov adlı bir Azərbaycan vətəndaşı təmas xəttini keçib və nəticədə girov götürülüb. Onun barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyi bildirlir.
ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, "Belə bir fakt var, hazırda bununla bağlı araşdırma aparılır".
Mənbə: ANS PRESS