Qadin.NET / Millimiz ilk oyunda qələbə qazandı

Millimiz ilk oyunda qələbə qazandı

İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası ötən gün ilk oyununu keçirib.ANS PRESS-in AFFA-ya istinadən məlumatına görə, Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. Əli Hüseynovun dubl etdiyi oyunda hərəyə bir dəfə Asif Zeynalov və Sabir Allahquliyev fərqlənib.Millimiz növbəti oyununu sentyabrın 7-də İspaniya yığmasına qarşı keçirəcək.

Mənbə: ANS PRESS

6 sentyabr 2014
GO BACK