Bu gün saat 4:21 radələrində İranın Şiraz şəhərində Rixter cədvəli lə 4,3 bal gücündə zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, zəlzələnin episentri Şirazdan 34 kilometr aralıda olub.
Bundan əlavə ölkədə Rixter cədvəli ilə 3 bal gücündə ikinci zəlzələ Fars əyalətinin Lar şəhərində baş verib. Hər iki şəhər üzrə ölən və yaralananlar barədə məlumat gəlməyib.
Mənbə: ANS PRESS