Ebola virusuna yoluxma halı daha bir ölkədə qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, qorxulu Ebola epidemiyası bu dəfə İsraildə aşkar edilib. Epidemiya daşıyıcısı müəyyən edildikdən sonra Qüdsdə Şaarey Sedek xəstəxanasına göndərilib. Bu haqda “Times of Israel” yazıb.
İsraildə aşkar edilən Ebola daşıyıcısı nigeriyalı bir qadın olub. O, çərşənbə günü İsrailə gəlib. Yüksək hərarəti olduğunu görən qadın həkimə müraciət etməli olub. Həkimlərin onu yoxlamasından sonra təhlükəli virusun qurbanı olduğu müəyyən edilib və dərhal haqqında lazımi tədbirlər görülüb.
Qeyd edək ki, sözügedən qadın Nigeriyada səhiyyə xidmətində işləyirmiş və yerli xəstəxanalarda pasientlərlə əlaqədə olurmuş.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, simptomları kəskin maliyariyaya bənzəyən bu xəstəliyə yaxın zamanda 20 min insan yoluxa bilər.