Qadin.NET / Siqaretlə bağlı bu iddia da puç oldu

Siqaretlə bağlı bu iddia da puç oldu

 

ABŞ-dakı Stenford Universitetinin alimləri əmindirlər ki, passiv siqaret çəkmək və ağciyər xərçəngi arasında heç bir əlaqə yoxdur.

Yanlarında siqaret çəkilən 76304 qadın üzərində aparılmış müşahidə bunu təsdiqləyib.
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, ağciyər xərçəngi riski yalnız qadının siqaret çəkən şəxslə bir evdə 30 ildən artıq yaşadığı zaman artır.
10,5 il ərzində araşdırmaya qatılmış qadınlar arasında 901 xanımda ağciyər xərəngi aşkarlanıb. Siqaret çəkən qadınlarda bu bəla 13 dəfə çox tapılıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 7 il davam etmiş araşdırmadan sonra 1998-ci ildə də analoji nəticəyə gəlmişdi. Fəqət sonra rəsmi mövqelər dəyişib.
Ekspertlərin fikrincə, ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qadağalar səhiyyə ilə bağlı qərar yox, sırf siyasi gedişdir.
Mənbə: Milli.Az

 

6 sentyabr 2014
GO BACK