Rəsmi Kiyev "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası" nümayəndələri ilə Ukrayna vaxtı ilə saat 17.00-dan Donetsk ərazisində atəşin dayandırılması haqqında protokolu imzalayıb. ANS PRESS-in məlumatına görə, üçtərəfli əlaqə qrupunun görüşü nəticəsində atəşkəs haqda razılaşma əldə olunub.Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşdə keçmiş Ukrayna prezidenti Leonid Kuçma, Rusiya Federasiyasının Ukraynadakı səfiri Mixail Zurabov Ukraynada vəziyyətin nizama salmaları məsələləri üzrə ATƏT-in qüvvədə olan sədrinin rəsmi nümayəndəsi Xaydi Talyavini, həmçinin "DXR" və "LXR" nümayəndələri iştirak edib.Tərəflər şərqi Ukraynada atəşin dayandırılması haqqında protokolu imzalayıb.Bu haqqda "Tvitter"-də özünü elan edilmiş Donetsk Xalq Respublikasının "rəsmisi" xəbər yayıb.
Mənbə: ANS PRESS