Britaniyadakı Nyukasl Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticələrinə görə, oğlanlarla müqayisədə qızların beyni daha sürətlə inkişaf edir. Alimlər bu fenomenin yeniyetməlik çağındakı inkişaf fərqi ilə bağlı olduğunu deyirlər.
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, universitet alimləri maqnit-rezonans tomoqrafiyası vasitəsilə 4-40 yaşlarında olan 121 şəxsin beyinlərinin fotolarını çəkiblər.
Bəlli olub ki, insan yaşa dolduqca onun beynində bəzi hissələr kiçilir, hüceyrələr arasındakı gərəksiz əlaqələr yoxa çıxır. Bu, bilik və dünyagörüşünün artması ilə bağlı normal prosesdir. Həmin proses qızlarda 10, oğlanlarda isə 20 yaşdan sonra başlanır.
Beynin müxtəlif zonaları arasında uzun, həddən artıq əlaqələr qalır. Başqa əlaqələrin "təmizlənməsi" beynin işləkliyini artırır. Bu minvalla beyin gerçəkdən də mühüm məlumata daha tez köklənir.
Mənbə: Milli.Az