ABŞ-dakı Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Alsheymer Xəstəliyinin Tədqiqatları Mərkəzinin (Alzheimer's Disease Research Centre at Columbia University) alimləri elmdə inqilab təki dəyərləndirilə biləcək araşdırmanın nəticələrini açıqlayıblar. Onlar beyində Alsheymer xəstəliyinin inkişafının başlandığı xüsusi zonanı tapıblar. Bundan belə xəstəliyin beyində yayılmasını müşahidə etmək olar.
Milli.Az The İndependent-ə istinadən bildirir ki, araşdırma zamanı yaşları 65-dən artıq olan 96 sağlam amerikalının beyinlərinn skanlaşdırılması aparılıb.
12 şəxsdə Alsheymer xəstəliyinin simptomları tapılıb. Məhz onları müşahidə edən alimləri xəstəliyin inkişaf prosesini izləyiblər. Bəlli olub ki, beynin yan entorinal qılafında mübadilə proseslərinin aktivliyinin azalması var. Uzunmüddətili xatirələrin və yaddaşın olduğu həmin bölgə hippokamla bağlıdır.
Maraqlıdır ki, yaddaşın pisləşməsi xəstəlik simptomlarının olmadığı hallarla da bağlı oluö Zaman keçdikcə dəyişikliklər beyin qılafının digər hissələrinə də təsir edib. Zərərli təsir beynin arxa hissəsində daha güclü olub. Həmin hissə yönləmə və istiqamətlənmə funksiyalarına cavabdehdir.
Alimlərin dediklərinə görə, Alsheymer xəstəliyi zamanı beyində "domino effekti" yaranır: ilk zədələnən neyronlar sonradan başqa neyronları da sıradan çıxarırlar.
Mənbə: Milli.Az