Nikahda olan kişilərlə müqayisədə dul kişilər daha yaxşı yaşayırlar.
Avstraliyada 2100 insanın rifahı ilə bağlı aparılmış araşdırmanın nəticələri belədir.
Milli.Az The Herald Sun-a istinadən bildirir ki, yaşları 18-29 olan tənha qadınlar özlərini çox pis, yaşları 50-dən artıq olan tənha qadınlar isə yaxşı hiss edirlər.
Alimlər nikahda olan kişiləri dul kişilərlə müqayisə edəndə respondentlərin hər birinin özünü hansı sosial qrupun mənsubu sayması, onun fiziki durumu və s. nəzərə alınıb.
Dul kişilər evli kişiləri geridə qoyublar. Onların dediklərinə görə, uşaqları olmadıqlarına görə özlərini daha yaxşı hiss edirlər. Belə hisslər ayda 100 min dollardan artıq qazanan insanlarda olur. Ən mühüm amillər isə şəxsi münasibətlər, evin mövcudluğu və təhlükəsizlik təminatı idi.
Rifah səviyyəsi Cənubi Avstraliya və Şimal ərazidə daha çox olub. Ən pis durum Tasmaniyada müşahidə olunub.
Mənbə: Milli.Az