İngiltərənin Birmingem şəhərində yaşayan 10 yaşlı qızın çəkisi 144 kiloqrama çatıb.
Milli.Az The Sun-a istinadən bildirir ki, qız xəstəxanaya yerləşdirilib. Yerli hospitalın həkimlərinin dediklərinə görə, Birmingemdə yaşları 10-a çatmamış 6 uşağın çəkiləri 120 kiloqramdan artıqdır.
Britaniyada 10 yaşa çatmamış uşaqların yalnız 59 faizinin çəkiləri normaldır.
Ötən il ölkədə 154 kq çəkisi olan 11 yaşlı qız xəstəxanaya yerləşdirilmişdi.
Mənbə: Milli.Az