Neandertallar Latın Amerikasında yaşayan insanlara şəkərli diabet riskini artıran genetik variantı "miras" qoyublar. Belə artıq risk variantı şəkərli diabetin yaranma ehtimalını 25 faiz artırır. Əgər insan valideynlərindən bu variantın iki surətini irsən alıbsa, onda xəstəlik ehtimalı 50 faiz çoxalır.
Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ-dakı Harvard Tibb Məktəbinin əməkdaşları SLC16A11 geninin izafi risk variantını əcdadları hindular olan insanların təxminən yarısında, əcdadları Şərqi Asiyadan olan insanların isə 20 faizində tapıblar. Afrikalılar və avropalılarda tam əksinə, bu gen nadir haldır.
2-ci tip şəkərli diabertin izafi riski ilə bağlı SLC16A11 geni Sibirdəki Denis mağarasında tapılmış neandertalın genomunda aşkarlanmışdı.
Müasir insanların orqanizminə bu gen ulu əcdadlarımızın qarışması nəticəsində düşüb. Prinsip etibarilə afrikalıların genomlarının cəmi 2 faizi Avropa və Asiyada yaşamış neandertalların irsidir.
SLC16A11 metabolitləri daşıyan zülalları kodlaşdıran genlərə aiddir.
SLC16A11 zülalının konsentrasiyasını dəyişməklə şəkərli diabet riski ilə bağlı piyin kəmiyyətinə təsir etmək mümkündür.
Mənbə: Milli.Az