Qadin.NET / Bakı sürücülərinə şad xəbər

Bakı sürücülərinə şad xəbər

 

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-nə keçən gecə Bakı Dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-dək olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanmışdı.
Bu gündən etibarən yol artıq nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Mənbə: Milli.Az

 

5 sentyabr 2014
GO BACK