Qadin.NET / İdmançılarımızdan xoş xəbər

İdmançılarımızdan xoş xəbər

Azərbaycan Milli Paralimpiya komitəsinin cüdo üzrə milli komandası ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən Dünya çempionatının ilk günündə üç medal qazanıblar. Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri Kamal C. Məmmədov ANS PRESS-ə açıqlamasında 73 kq çəkidə çixış edən Ramin Qasımov qızıl, 66 kq çəkidə Bayram Mustafayev qızıl və qadınlar arasında 57 kq çəkidə isə Səbinə Abdullayeva gümüş medala sahib olublar.2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XV-ci yay paralimpiya oyunlarında iştirak üçün paralimpiyaçı cüdoçularımız Ramin Qasımov və Bayram Mustafayev birbaşa lisenziya qazanmış oldular!

Mənbə: ANS PRESS

5 sentyabr 2014
GO BACK