Qadin.NET / Prezidentlər görüşdü-VİDEO

Prezidentlər görüşdü-VİDEO

Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirilib.ANS PRESS-in məlumatına görə, ABŞ-ın təşəbbüsü ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib. Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparararaq öz yanaşmalarını təqdim ediblər. ABŞ-ın dövlət katibi Kerri isə çıxışında münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını vurğulayıb və eskalasiyanın qarşısını almaq üçün tərəfləri mümkün çıxış yolları tapmağa çağırıb. Con kerri həmçinin tərəflər arasında etimadın da yüksəldilməsinə diqqət çəkib. 
Bundan başqa, dövlət katibi danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etməsinin əhəmiyyətini vurğulayıb və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bildirib. O, həmçinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin vacibliyini qeyd edib. 
Qeyd edək ki, dövlət başçıları Uelsdə NATO sammitində iştirak ediblər. 

Mənbə: ANS PRESS

5 sentyabr 2014
GO BACK