Almaniyanın “Die Zeit” qəzeti İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları barədə şok siyahı yayıb. ANS PRESS-in xəbərinə görə, bu siyahıda təşkilatın hansı ölkədən neçə üzvünün olması əks olunub. Siyahıda ilk yerlərdə Tunis və Səudiyyə Ərəbistanı var. Qəzetin “International Centre for the Study of Radicalisation”, “CNN”, “Economist” və Avropa Təhlükəsizlik strukturlarına istinadən hazırladığı siyahıya görə təşkilatın tərkibində 40 ölkədən terrorçu var. Daha əvvəl müxtəlif mənbələr İŞİD-in tərkibində azərbaycanlıların olduğunu bildirsə də bu siyahıda postsovet məkanları ümumi şəkildə qeyd edilib. Qəribədir ki, Əfqanıstan üzv sayına görə bu siyahıda sonuncu yerdə göstərilib. Həmin siyahını oxucularımıza təqdim edirik.
Tunis 3 000
Səudiyyə Ərəbistanı 2 500
Mərakeş 1.500
Rusiya və postsovet respublikaları 1 500
İordaniya 1 500
Livan 900
Fransa 700
Liviya 600
Türkiyə 400
Almaniya 400
Misir 360
Pakistan 330
Belçika 300
Avstralya 250
Əlcəzair 200
Hollandiya 150
Qazaxıstan 150
Albaniya 140
İsrail/Fələstin 120
Kosovo 120
Yəmən 110
ABŞ 100
Danimarka 100
İspaniya 100
Çin 100
Sudan 100
İsveç 100
Somali 70
Küveyt 70
Bosniya və Hersoqovina 60
Avstriya 60
İndoneziya 60
Ukrayna 50
İtalya 50
Norveç 50
İrlandiya 30
Finlandiya 30
Kanada 30
Əfqanıstan 25
Mənbə: ANS PRESS