Sosial obyektlərin mənzil qitmətlərinə necə təsir göstərdiyini demək üçün şəhərsalmaya nəzər salmaq lazımdır. Daha doğrusu, fərqli ölkələrdə şəhərsalmanın necə inkişaf etməsinə. Misal üçün, postsovet məkanında kompakt yaşayış yerləri daha çox yayılıb. Onların yanında məktəb, uşaq bağçası var. Burada söhbət çoxmənzilli yaşayış binalarından gedir.
Azərbaycanda isə Sovet dövründə tikilmiş binaların yanında məktəblər var. Bu faktı nəzərə alaraq, demək olar ki, yaxınlıqdakı məktəb mənzilin qiymətinə təsir göstərmir.
Milli.Az xəbər verir ki, bu sözləri "Exo" qəzetinə açıqlamasında daşınmaz əmlak sahəsində müstəqil ekspert Rəşad Əliyev bildirib.
"Məktəblər əsasən, əhalinin sıx məskunlaşdığı və qiymətlərin baha olduğu yerlərdə tikilir. Daha doğrusu, mənzillərin baha olmasının səbəbkarı sosial obyektlər deyil. Əgər evin yanında məktəb varsa, bu müsbət cəhətdir, ancaq qiymətə təsir göstərmir", - o əlavə edib.
Ekspert hesab edir ki, qiymətlərə təsir göstərən mənzilin mərkəzə yaxın yerləşməsi, ərazinin statusu və infrastrukturdur.