Qadin.NET / Azərbaycanda daha bir körpünün tikintisi başa çatmaq üzrədir

Azərbaycanda daha bir körpünün tikintisi başa çatmaq üzrədir

 

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yeni trassa üzrə layihəsi çərçivəsində Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir.
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibiPünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, uzunluğu 205,5 m, eni 28,5 m olan körpü 6 aşırımdan ibarətdir: "Tikinti işləri zamanı əvvəlcədən gərginləşdirilmiş tirlərdən istifadə olunub. Layihə çərçivəsində suötürücü borular, uzunluğu 800 m olan yanaşma yollar, eləcə də alt hissədə müxtəlif kəndləri birləşdirmək məqsədilə yerli yollar inşa olunub. Layihəyə görə, 4 hərəkət zolağı üçün nəzərdə tutulan körpüdə hazırda son tamamlama işləri həyata keçirilir".
Qeyd edək ki, yeni trassa başlanğıcını Masallı-Astara avtomobil yolunun 31+775-ci km-dən götürür, 31+972-ci km-də isə başa çatır.

Mənbə: Milli.Az

 

5 sentyabr 2014
GO BACK