Son zamanlar dünyada müşahidə olunan hadisələr səbəbindən bir-birinə qarşı iqtisadi sanksiyaları tətbiq edən ölkələrin sayı artıb. Bu da hər hansı ölkə üçün ərzaq təhlükəsizliyinin təminetmə qabiliyyətini daha da vacib edir. Azərbaycan nadir ölkələrdəndir ki, iqlim və təbii şəraiti ərzaq tələbatlarının əksəriyyətini təmin etməyə imkan verir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da buna yönəldilməlidir.
Hesab olunur ki, ərzaq təhlükəsizliyi o vaxt təmin edilmiş sayılır ki, daxili bazara çıxarılmış ərzağın əsas hissəsi, yəni kartof və taxılın 90 %, qənd və bitki yağının 80 %, ət və ət məhsullarının 85 %, süd və süd məhsullarının 90 %, balıq və balıq məhsularının 80 %-ni yerli kənd məhsulları təşkil etsin.
Axır illərin statistik məlumatı göstərir ki, respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı daim artır. Bu gün həmin artım Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edirmi?
Bu məsələyə aydınlıq gətirmək məqsədi ilə iqtisadi məsələlər üzrə müstəqil ekspert Рћqtay Haqverdiyev ilə görüşdük. O, bu məsələyə öz münasibətini bildirərək dedi ki, Azərbaycanın bugünkü ərzaq təhlükəsizliyinin dərindən dərk edilib qiymətləndirməsi üçün gəlin keçən əsrin 90-cı illərini xatırlayaq.
“O vaxt xaricdən gələn ərzaqdan asılılığımız 40 %-ə gədər çıxmışdı. Həmin müddətdən keçən illər ərzində pespublikada istehsal olunan kənd təsərrüfatı məhsularının həcminin xeylı artmasına nail olundı. Hal-hazırda ölkəmizə idxal olan ərzaq bazarın təxminən 12 %-ni təşkil edir. Buna da idxal həcmini azaltmamaq şəklində nail olduq. Bu, yalnız kənd təsərrüfatlarımızın məhsulların həcminin xeyli artırılması nəticəsində mümkün olub", - deyə ekspert vürğuladı.
Kənd təsərrüfatı məhsulları arasında kartof, tərəvəz, taxıl, yumurta, toyuq ətinin artmasını xususi ilə qeyd edən O.Haqverdiyev əlavə etdi ki, “Biz kifayət gədər kartof və tərəvəzin istehsalını artırdıq. İldə iki dəfə kartof məhsulu alaraq 1 milyon tona yaxınlaşmışıq. Taxılın becərilməsi kəskin şəkildə artırılıb. Xatırlayırsınızsa, bir vaxt toyuq yumurtalarının qıtlığı o dərəcəyə çatmışdı ki, onun qiyməti göylərə qalxmışdı. İş o yerə gəldi ki, məsələyə prezident özü müdaxilə etdi. Bu gün artıq Azərbaycan özünü toyuq əti və yumurta ilə 100% təmin edir. Ölkədə 40 quşçuluq müəssisəsi fəaliyyət göstərir. Hətta, ayrı-ayrı ölkələrin bazarına ixracetmə imkanları yaranıb. Ənənəvi olaraq tərəvəz və meyvə tələbatlarımız da təmin edilib”.
Söhbət zamanı O. Haqverdiyev ərzaqların qiymətlərinə toxundu: "Ərzaq təhlükəsizliyi barədə söhbət açaraq qiymətlərdən yan keçmək olmaz. Gedin, bizim bazarlarımıza baxın. Bəyəm orada hansısa bir qıtlıq hiss olunur? Hər nə istəyirsiniz, var. Qiymətlər isə kifayət gədər yüksəkdir. Çoxları bunu Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə izah etməyə çalışır. Bu, düzgün deyil. Biz kənd təsərrüfatı məhsulunu 300 min ton tələbatımızdan artıq istehsal edirik. Bizdə müəyyən gədər çatışmayan və idxal olunan ərzaq varsa, bu da bitki yağı və süd məhsullarıdır".
Bununla yanaşı O.Haqverdiyev elə hesab edir ki, Azərbaycanın kənd təsərrüfatı lazım olan səviyyədə deyil. Əhalinin gəlirlərinin 60%-nin ərzaq məhsullarının alınmasına xərclənməsi, kənd təsərrüfatı məhsullarının bir o qədər də yüksək olmayan ÜDM-də xüsusi çəkisi və kənd təsərrüfatı sahəsində çalışan əhalinin yüksək faiz göstəricisi buna dəlalət edir.
Mütəxəssis bizim kənd təsərrüfatının inkişafına mane olan amillərə toxunaraq dedi: "Lakin ölkəmizin kənd təsərrüfatı institusionallıq, yəni xalq təsərrüfatının müxtəlif sahələrinə inteqrasiya olunmasına yardım edən mühitin formalaşmasını şərtləndirən iqtisadi və hüquqi faktorların qarşılıqlı əlaqəsi baxımından geriləyir. Bu, həmçinin ÜDM-də kənd təsərrüfatı məhsullarının aşağı xüsusi çəkisi ilə -5% (inkişaf etmiş kənd təsərrüfatına malik ölkələrdə 20-22%) və bu sahədə çalışan insanların yüksək sayı ilə -18 % təsdiq edilir (ABŞ-da 3%). Bu isə qiymətlərin yüksək olmasının səbəblərindən biridir.
Ekspertin fikrincə, yüksək istehsalı və aşağı qiyməti torpağın münbit olmayan sahələrində əldə etmək mümkün deyil: "Böyük təsərrüfatlar olmalıdır. Bu isə insititusional islahatların tətbiq edilməsindən sonra həyata keçirilməlidir. İndi hökumət bəzi təsərrüfatları dövlət hesabına yaradır. Belə təsərrüfatlar artıq yaradılıb. Hələ bütün infrastrukturları ilə daha iki belə təsərrüfatların yaradılması vacibdir. Sovet dövründə belə qayda yaradılmışdı ki, əkin sahəsi 400 hektardan az olmamalıdır. Bu isə aqrotexniki işlər görmək üçün ən optimal sahə hesab edilir. Deməli zərərdən qaçmaq üçün bu amilləri nəzərə almaq lazımdır”.
Sonda Haqverdiyev bütün problemlərə baxmayaraq, ölkənin ərzaq təhlükəsizliyinin bu gün sabit hesab edildiyini bildirdi.
"Dünya Bankının normalarına görə müəyyən bir sahədə ölkənin təhlükəsizliyini müəyyən etmək üçün son 3 ilin idxalı nəzərə alınır. Əgər bu idxal qızıl və valyuta ehtiyatlarını keçmirsə, deməli ölkə təmin edilmiş hesab edilir. Göründüyü kimi, yaxın 6-7 illər ərzində Azərbaycanda bu baxımdan heç bir problem yaşanmayacaq. Bizim qızıl ehtiyatımız 52 milyard dollar, illik idxalımız isə 7-8 milyard dollar təşkil edir. Deməli, biz özümüzü təmin edilmiş hesab edə bilərik”, - deyə ekspert bildirib.