Qadin.NET / Ölməmək üçün təhlükəsizlik qaydalarına əməl edin

Ölməmək üçün təhlükəsizlik qaydalarına əməl edin

 

Ölməmək üçün təhlükəsizlik qaydalarına əməl edin

Sosial şəbəkələrdə həyatı ilə oyun oynayan fəhlənin görüntüləri yayılıb.
ANS TV-nin məlumatina görə, daha dəqiq, Füzuli küçəsində, Qış parkının yaxınlığında binanın üzlənməsində işləyən fəhlə ayaqları yalın, heç bir təhlükəsizlik qaydalarına əməl etmədən işləyərək görənləri heyrətləndirib. Hətta yoldan keçən bir neçə şəxs bu görüntünün tamaşasına da dayanıb. 
Sözsüz ki, fəhlə ölümləri də elə təhlükəsizlik qaydalarına riayət etməyən fəhlələrin başına gəlir. Sonuncu belə hadisə Səbail rayonu, Salyan yolu adlanan ərazidə inşası davam etdirilən 8 mərtəbəli binada baş vermişdi.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, iş yerlərində Əməyin Mühafizəsinin Qanunvericiliyə uyğun təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işə götürənlər arasında mütəmadi təbliğat işləri aparılır ki, bu da bədbəxt hadisələrin sayının azalması ilə müşahidə olunur.
“Biz mütəmadi olaraq bu işləri davam etdiririk. Həmin şirkətlərin rəhbərlərilə əlaqə saxlayırıq. İşçilərə nəzarət edirik”, - deyə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə qeyd edib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən onu da bildirdilər ki, baş vermiş istehsalat qəzaları ilə bağlı Əmək Qanunvericiliyinə uyğun müvafiq şəkildə tədbirlər davam etdirilir. 
Bu işdə birbaşa cavabdeh isə işi həyata keçirən şirkət və onu rəhbərliyidir.

Mənbə: Milli.Az

 

4 sentyabr 2014
GO BACK