Yaponiyanın “Kyocera Corp” və “Century Tokyo Leasing” şirkətləri əməkdaşlıq və ölkə ərazisində üzən günəş elektrik stansiyalarının tikintisi haqda razılığa gəliblər.
ANS PRESS-in “ICTnews" a istinadən məlumatına görə, səbəblərdən biri Yaponiyada əhalinin kifayət qədər sıxlığıdır və bunun nəticəsi kimi böyük günəş elektrik stansiyalarının tikintisi üçün yararlı ərazilərin axtarışı ilə bağlı çətinlikdir. Bununla belə, su üzərində tikilmiş elektrik stansiyaları daimi soyudulma kimi üstünlüyə malikdir, nəticədə günəş panellərinin iş effektliliyi azalmır.
Birinci işçi stansiyalar artıq 2015-ci ilin aprelində istismara veriləcək və onların gücü 1.7 mvt və 1.2 mvt təşkil edəcək. “Kyocera Corp” və “Century Tokyo Leasing” 60 mvt gücündə təxminən 30 üzən günəş elektrik stansiyası tikməyi planlaşdırır.