İran İslam Respublikasında qadınlara tətbiq edilən qadağalar siyahısına daha biri əlavə edilib.
ANS PRESS-in məlumatına görə, İran polisi iranlı qadınların kafelərdə, kofe mağazalarında işləmələrinə qəti şəkildə qadağa qoyulduğunu açıqlayıb. Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
“Qadınların kafelərdə işləməsi yasaqdır. Bu qadağa kofe mağazalarına da aiddir “ – deyə polis rəisi Hilali bildirib.
Xəbərdə, iranlı qadınların qəhvə evləri – kafelər açmasında bir problem olmadığı, lakin sahibkar olsalar da həmin yerə gedib-gəlmələrinin qadağan edildiyi yazılıb.
Hilali, həmçinin İran milli kulinariyasındən təamlar təqdim edən restoranlarda isə qadınların sadəcə mətbəx bölməsində işləyə biləcəyini qeyd edib.
Mənbə: ANS PRESS