Qadin.NET / Millimiz İsraili darmadağın etdi

Millimiz İsraili darmadağın etdi

 

Millimiz İsraili darmadağın etdi

Dünən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avro-2015-in seçmə mərhələsində növbəti oyununu keçirib.
ANS PRESS-in məlumatına görə, Bakıda keçirilən oyunda millimiz İsrail yığması üzərində böyük hesablı qələbəyə sevinib. 
Belə ki, ilk hissədə 2 top fərqi ilə hesabda önə keçən millimiz daha bir dəfə qarşılaşmanın son dəqiqələrində fərqlənib. 
Bununla da yığma komandamız qrupda keçirdiyi 7 oyundan 7 xalla 4-cü sırada qərarlaşıb.
Azərbaycan – İsrail - 3:0
Qollar: Ağabala Ramazanov, 22 (1:0), Rəhman Hacıyev, 31 (2:0), 87 (3:0)

Mənbə: ANS PRESS

 

4 sentyabr 2014
GO BACK