Qadin.NET / Azərbaycanın məşhur həkimi vəfat etdi

Azərbaycanın məşhur həkimi vəfat etdi

 

Azərbaycanın tanınmış həkimi, həkim Əlfəddin Abdullayev 85 yaşında rəhmətə gedib

AZ nevs.Az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist İlhamiyyə Rzaöz Facebook səhifəsində yazıb: “Ekranda simasını görən kimi üzümüzdə təbəssüm yaranırdı, hamı onu məşhur komediya aktyoru Lui de Fyunese bənzədirdi. Amma bu tək zahiri bənzəri deyildi.
Əlfəddin doktor (onu məhz belə çağırırdı hamı) elə bir komediya ustası qədər pozitiv, müsbət və dərin insan idi. İstənilən sağlamlıq məsləhətini onlarla atalar sözləri, zərb məsəllərlə müşayiət edərdi.
Onun verdiyi məsləhətlərin arxasında bir xeyirxahlıq, həqiqətən də, bizim sağlam olmağımız istəyi aydın hiss olunurdu. Tanıyanlar onun nurlu və gülər üzünü hələ çox xatırlayacaqlar. Vaxtilə Ali Sovetin deputatı olub, 29 il 4 saylı Şəhər Xəstəxanasının baş həkimi olaraq çalışıb, uzun illər sağlamlıq verilişləri hazırlayıb.
Vaxtilə ABA kanalında veriliş aparırdı. Hamımız onu istər ekranda, istərsə də ABA dəhlizlərində rastlaşanda heyranlıqla, sevgiylə izləyərdik... Bu günsə onun dünyasını dəyişməsi barədə heç yerdə məlumata rast gəlmədim...
Mərhum bu gün Oğuzun Qumlaq kəndində torpağa tapşırılıb.
Onun bu deyimi isə xüsusilə yadda qalıb: “Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan”.
Allah rəhmət eləsin!

Mənbə: Milli.Az

 

3 sentyabr 2014
GO BACK