Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edib, əvəzində başqa ölkələrdən daha baha qiymətə məhsul idxal etmək başadüşülən deyil. Bu gün daxili bazarda normal pomidorun 1 kiloqramını 1 manatdan ucuz tapmaq mümkün deyil. Rusiyada isə pomidorun 1 kiloqramı 25 rubla satılır ki, bu da bizim pulla 55 qəpk edir.
Son günlər bazarlarda meyvə-tərəvəzin qiyməti kəskin şəkildə bahalanıb. Bahalanma rəsmi qurumlar tərəfindən də təsdiqlənib. Ekspertlər bahalanmaya əsas səbəb kimi yerli məhsulların Rusiya bazarlarına göndərilməsini göstərirlər. Bildiyimiz kimi Qərb ölkələri Ukraynada baş verənlərə görə Rusiyaya sanksiya tətbiq ediblər. Rusiya isə buna cavab olaraq Qərb ölkələrindən idxal olunan meyvə-tərəvəzə qadağa qoyub. Eyni zamanda daxili tələbatı ödəmək üçün digər ölkələrdən, xüsusilədə qonşu dövlətlərdən meyvə-tərəvəzin idxalına “yaşıl işıq” yandırıb. Nəticədə Azərbaycandan da Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi artıb.
Bu isə yerli bazarda məhsul qıtlığı yaradıb ki, bundan istifadə edən işbazlar da qiymətləri qaldırıblar. Əksər ekspertlər, o cümlədən də rəsmi şəxslər qiymət artımını tənqid etsələrdə, Rusiyaya daha çox məhsul ixrac olunmasını müsbət qarşılayırlar. Lakin unutmayaq ki, idxal potensialının artması hər zaman ölkə iqtisadiyyatı üçün xeyirli olmur. Bu gün ölkədə istehsal olunan meyvə-tərəvəzin Rusiya bazarlarına daşınmasının ölkə iqtisadiyyatına, ayrı-ayrı şəxslərə nə xeyri var? Heç kim iddia edə bilməz ki, Azərbaycanda yerli istehsal daxili tələbatı ödəyir. Bildiyimiz kimi, ölkə əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ı qəbul edilib.
Dövlət Proqramında xüsusi olaraq qeyd edilir ki, insanlarımızın ərzaqla tam təminatını ödəmək üçün 2015-ci ildə illik kartof istehsalı 1 milyon 120 min tona çatdırılmalıdır. Dövlət Statistika komitəsinin məlumatına görə, ötən il ölkədə 992,7 min ton, bu ilin ilk 7 ayında isə 466,1 min ton kartof istehsal olunub. Göründüyü kimi, kartofa olan tələbatı hələ yerli istehsal hesabına ödəyə bilmirik. Bənzər vəziyyət digər kənd təsərrüfatı məhsullarının istehsalında da müşahidə edilir. Belə olan halda xarici ölkələrə, o cümlədən də Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edib, əvəzində başqa ölkələrdən daha baha qiymətə məhsul idxal etmək başadüşülən deyil. Ayrı-ayrı iş adamlarına, fermerlərə gəldikdə isə qeyd edək ki, onlar üçün hazırda ölkə daxilində məhsul satmaq Rusiyaya ixrac etməkdən daha xeyirlidir. Məsələn, bu gün daxili bazarda normal pomidorun 1 kiloqramını 1 manatdan ucuz tapmaq mümkün deyil.
Rusiyada isə pomidorun 1 kiloqramı 25 rubla satılır ki, bu da bizim pulla 55 qəpk edir. Digər məhsulların qiyməti də Rusiyada bizdən ucuzdur. Bizdə 50 qəpiyə satılan qarpız Rusiyada 20 qəpiyə (10 rubl), 70-80 qəpiyə satılan kartof 20-30 qəpiyə (10-15 rubl) satılır. Təbii ki, məhsul yerli bazarda satılarsa ödənilən gömrük rüsumları, daşıma xərcləri və digər ödənişlər də özümüzə qalar. Düzdür bəzi hallarda fermerlər ölkə daxilində qeyri-rəsmi ödənişlərin olduğunu və qazanclarının müəyyən hissəsinə kimlərinsə şərik olduğunu dilə gətirirlər. Lakin, bu cür qeyri-rəsmi ödənişləri də nəzərə alsaq bazarlardakı mövcud vəziyyət Rusiyaya məhsul ixrac etməyin hazırda iqtisadi baxımdan sərfəli olmadığını göstərir. Bir də unutmayaq ki, qeyri-rəsmi ödənişlər Rusiyada da geniş yayılıb.
Üstəlik şimal qonşumuzda məmurlardan əlavə, hansısa cinayətkar qruplaşmalara da ödəniş edilməlidir. Rusiyaya ixracın artması indiki halda iki ölkə arasında yalnız siyasi münasibətlərə təsir edə bilər. Qərbin sanksiya tətbiq etdiyi bir dövürdə bu ölkə ilə ticarət dövriyyəsini artırmaq yəqin ki, Rusiya tərəfindən təqdirlə qarşılanacaq.

Mənbə: Milli.Az