Qadin.NET / Görkəmli xalq artistimizin ad günüdür

Görkəmli xalq artistimizin ad günüdür

O azərbaycanın kino və teatr sahəsində, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı kimi, tamaşıcıların yaddaşında silinməz iz qoymuş bir aktyor idi. Onun oynadığı rollara dəfələrlə baxsaq da yorulmaq bilmir, əksinə həzz alırıq. Yaşar Nuri 1951-ci il sentyabır ayının 3-də Bakıda, aktyor ailəsində dünyaya göz açıb. Onun atası Məmmədsadıq Nuriyev da komik səhnələrin mahir ustası idi. Yaşar Nuri, gözəgörünən fitri istedada malik idi. Oynadığı rollarda cəldliyə, çevikliyə üstünlük verər, səhnədə olarkən sıxılmaz, çətin vəziyyətlərdən çıxaraq improvizələr edərdi. “Çox təəsüüf ki, aramızdan tez getdi. Çünki xalqın ən sevimli sənətkarı idi. Niyə görə. Bu adam kinodan danışırıqsa və yaxud teatır səhnəsindən danışırıqsa, o rolu əzbərləyib çıxmırdı. O rolu oyrənirdi, qalan şeylər ancaq özündən gəlirdi. İmprovizə deyilən bir şey var bunu hər aktyor edə bilmir. Amma Yaşarda bu alınırdı” – deyə Kinoşünas Aydın Kazımzadə bildirir. Yeniyetmə yaşlarından televiziyada uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor, 1968-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra, elə institutun tədris teatrında aktyor işləməyə başlayır .1974 -cü ildə Yaşar Nuri Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunur. Fəaliyyətə başladığı ilk illərdən aktyora bir qayda olaraq xarakterik rollar tapşırılsa da o bu rolların öhdəsindən də məharətlə gələrək ətrafdakıları heyrətləndirir, düşündürür, həm də güldürürdü. Yaşar Nurinin böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilən, yüzən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edən aktyor, daim pərəstişkarlarını heyrətləndirə bilirdi.Aktyorun kino fəaliyyətinə nəzər saldıqda, oynadığı bir çox rollarda şərt çərçivələrini pozmaq meyli aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor, tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın edərək, tamaşaya daha da bəzək və kolorit gətirir.Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də “Yol Əhvalatı” filmindəki Makintoş obrazıdır. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. 1988-ci ildən başlayaraq kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar, ayrı-ayrılıqda dünya kinosunun ən dəyərli nümunələrindən sayıla bilər.Azərbaycanın xalq artisti Yaşar Nuri 2012-ci ildə noyabır ayının 22-də uzun sürən xəstlikdən sonra vəfat etdi. Amma onun kino və tamaşalarda sevə-sevə yartdığı obrazlar hələ uzun müddət yaddaşlarımızda əbədi olaraq qalacaq.

Mənbə: ANS PRESS

3 sentyabr 2014
GO BACK