Rusiyanın iri banklarından biri olan "Sberbank" maraqlı kampaniyaya start verib. Trend-in məlumatına görə, bank ipoteka krediti ilə mənzil alan müştərilərinə uğur əlaməti kimi pişik hədiyyə edir.
Müştərilər 10 pişik arasında seçim edirlər. Ancaq onlar kampaniya çərçivəsində verilən pişiklərə sahib çıxa bilmirlər. Belə ki, pişiklər evdə yalnız iki saat qala bilirlər.
Qeyd edək ki, Rusiyada pişiyin evə uğur gətirdiyinə inanıldığı üçün bank belə bir addım atıb.
Mənbə: Trend.Az